17 noyabr 2026 08:54
196

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, yerli seysmoloji xidmətin məlumatına görə, zəlzələnin ocağı Aru adasının cənub-qərbində yerləşib.

Yeraltı təkanlar İndoneziyanın bir sıra ərazilərində hiss olunub. İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb.

Sunami təhlükəsinin olmadığı bildirilib.