30 mart 2026 14:52
112

Bəhreyndə həyəcan siqnalları səsləndi - Əhaliyə çağırış edildi

Bu gün səhər saatlarından etibarən Bəhreyndə üç dəfə həyəcan siqnalı səslənib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı açıqlamada ölkə sakinlərindən sakit qalmaları, ən yaxın təhlükəsiz yerə yönəlmələri, həmçinin hadisələrin gedişatını rəsmi kanallar vasitəsilə izləmələri istənilib.

Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığının daha əvvəl yaydığı yazılı açıqlamada isə bildirilib ki, fevralın 28-dən etibarən ölkəyə yönələn 174 raket və 391 pilotsuz uçuş aparatı müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.