30 mart 2026 12:00
109

Ötən gün ölkədə 9 avtomat silahı, 3 tapança, 3 qumbara aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapança, 3 qumbara, 2 alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.