29 mart 2026 15:26
111

Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün prosedurlara başlanılıb

Bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi bütün prosedurlara başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyədə lazımi prosedurlar həyata keçirildikdən sonra cənazə Vətənə yola salınacaq. Səfirlik və Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Rasim Balayevin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlanılır, bütün lazımi dəstək göstərilir.