28 mart 2026 21:29
119

Kəlbəcərdə yük maşını aşıb, 3 nəfər vəfat edib

Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” yazır ki, bu barədə "Report" məlumat yayıb.

Qeyd edilib ki, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər - sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sürücü Göyçay, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar.