Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 467 ton mis konsentratı istehsal edilib.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən məmulatların istehsalı ötən ilin eyni dövrü ilşə müqayisədə 2,1 min ton və ya 6,9 dəfə artıb.
Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır mis konsentratı ehtiyatı 2 382 ton təşkil edib.
Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artıb.
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb
Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur