24 mart 2026 14:26
119

Azərbaycan elektrik tənzimləyici cihaz istehsalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 900 ədəd elektrik tənzimləyici cihaz istehsal edilib.

“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə fevralda isə 519 ədəd məhsul istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 4 min 550 ədəd elektrik tənzimləyici cihaz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 22 % azdır.