Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının digər ölkələrə birgə ixrac imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, , bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazirin sözlərinə görə, Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilən ikitərəfli görüşdə mövcud əməkdaşlığın cari vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında müzakirə aparılıb. Görüşdə, həmçinin aqrar sığorta sahəsində azərbaycanlı mütəxəssislərin Özbəkistana dəstək göstərməsi məsələləri də müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
M.Məmmədov qeyd edib ki, imzalanmış sənəd ölkələr arasında aqrar tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verəcək.
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb
Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur