23 mart 2026 19:57
112

Şotlandiyada təntənəli Novruz bayramı

Şotlandiyanın Aberdin şəhərində Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbir “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Şotlandiyada yaşayan azərbaycanlılarla yanaşı, müxtəlif ölkələrdən olan xarici qonaqlar da iştirak ediblər. Yüzdən çox qonağın qatıldığı tədbirdə xarici iştirakçılar nəzərə alınaraq Novruz ənənələri ilə bağlı interaktiv sual-cavab proqramı təşkil olunub.

Bayram proqramı çərçivəsində uşaqların ifasında milli rəqslər təqdim edilib. Eyni zamanda, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil olunub, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verilib.