Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən musiqi təhsilinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, qabaqcıl ifaçılıq və tədris təcrübəsinin regionlarda yayılması istiqamətində mütəmadi olaraq metodiki və maarifləndirici tədbirlər təşkil edilir.
“İki sahil” xəbər verir ki, noyabrın 24-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Masallı şəhər Onbirillik İncəsənət Məktəbində fortepiano və qarmon ixtisasları üzrə ustad dərsləri keçiriləcək.
Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas fortepiano kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi, qarmon ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri ifaçılığı kafedrasının və Bakı şəhəri T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Elnur Qarayev tərəfindən aparılacaq.
Ustad dərslərində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyətinin iştirakı nəzərdə tutulur.
Van Qoqun “Çiçəklənən şabalıd ağacları” tablosu hərracda 190,4 milyon dollara satılıb
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub