19 mart 2026 11:56
97

ARTİ: Əsas hədəf bu platformanı istedadların inkişafı üçün dayanıqlı milli mexanizmə çevirməkdir

Yaxın və orta müddətli perspektivdə əsas prioritetlər kimi bir neçə istiqaməti qeyd etmək olar: birincisi, regionlar üzrə iştirak və nəticə fərqlərinin azaldılması üçün hazırlıq imkanlarının daha balanslı təşkili; ikincisi, tapşırıqların hazırlanması və qiymətləndirilməsi mexanizmlərində psixometrik yanaşmanın gücləndirilməsi; üçüncüsü, rəqəmsal platformaların daha funksional hala gətirilməsi; dördüncüsü, olimpiada ilə beynəlxalq hazırlıq mərkəzləri arasında keçidin daha sistemli qurulması; beşincisi isə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla coğrafi əhatəliliyin davamlı genişləndirilməsidir.

Bu fikirləri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Xüsusi İstedadlı Uşaqlarla İşin Təşkili şöbəsinin müdiri Tural Alışov “İki sahil” qəzetinə müsahibəsində vurğulayıb.

Müsahibimiz bildirib ki, mövcud dinamika göstərir ki, olimpiada sistemi artıq kütləvilikdən keyfiyyətli seçmə modelinə doğru inkişaf edir. Növbəti mərhələdə əsas hədəf bu platformanı sadəcə yarış deyil, istedadların inkişafı üçün dayanıqlı milli mexanizmə çevirməkdir. 

Yaqut Ağaşahqızı, “İki sahil”