20 noyabr 2026 19:58
94

Rahili döyüşə Vətən sevgisi aparıb

1991-ci ildə  Sabirabad rayonunun Ətcələr kəndində dünyaya göz açan  Rahil Canəhməd oğlu Əkbərov Vətənini canında çox sevdiyi üçün 44 günlük haqq savaşımızda  məqamında sinəsini ona sipər etməyi bacarıb.  Müharibə başlandığı gündən Rahil odun-alovun içinə girib və Vətən sevgisi onu qələbəyə  aparan mənəvi qüvvəyə çevrilib. Bütün şəxsi arzularının  əsasında  30 il yağının əsarətinə düşən  müqəddəs yurd yerimiz- Qarabağın azadlığı olub. Ulu torpağın  bağrına  zəfər bayrağını sancmaq üçün son nəfəsinə qədər yağıya qan qusdurub.  Ölüm-dirim savaşlarda döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb.  Qələbə günümüzə  hamıdan çox sevinən məhz Rahil olub.

Şanlı zəfərdən sonra  Azərbaycanın qəhrəman oğlu  noyabr ayının 25-nə qədər  Cəbrayılda olub. 26 noyabr gecə saatlarında ərazini yoxlamaq məqsədilə tapşırıq alan Rahil beş nəfərlə bir evə girib. Həmişə ehtiyatla hərəkət edən hərbi  qulluqçumuz qəfil açılan yağı gülləsindən özünü qoruya bilməyib. Belə ki,  evin zirzəmisində gizlənən düşmən əsgərlərinin açdığı atəşə tuş gəlib.

Müharibənin sonuna qədər sağ-salamat gəlib çıxan qəhrəman Vətən sevdalısı digər iki yoldaşı ilə birgə adlarını Azərbaycanın şəhidlik salnaməsinə yazıblar. Beləcə  qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönməklə o, əbədi milyonların ürəyinə köçüb.  Həm də dövlət tərəfindən layiq görüldüyü  “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara gələcək nəsillər  onun  keçdiyi döyüş yolunun, Vətən uğrunda göstərdiyi  mərdliyin, fədakarlığın  və azadlıq mübarizəsində iştirakının rəmzi kimi baxacaqlar.

Ürəyi Vətənə sevdalı böyüyən  Rahil  Əkbərov  2009-cu ildə Ətcələr kənd orta məktəbi  yaxşı qiymətlərlə  başa vurub. Doğma Azərbaycanının  keşiyində durmaq, yağıdan qisas almaq istəyi onu ordu sıralarına aparıb. Cəbhə bölgəsində Vətəninə xidmət etməyi özünə böyük şərəf sayan  əsgər ilk gündən bütün tapşırıqları layiqincə yerinə yetirib. Mərdliyi, cəsurluğu, igidliyi əsgər yoldaşlarına nümunə olub. Erməni işğalçıların tapdağında olan Qarabağımızın taleyini  düşünməklə  bütün  təlimlərə  ürəklə qatılıb, hərbin sirlərinə həvəslə yiyələnib. Ən əsası Vətənin qeyrətini hər şeydən üstün tutaraq erməni dığalardan  qisas almaqdan ötrü hər an canından belə keçməyə hazır olub.

Rahil Vətən qarşısında oğulluq borcunu verib 2011-ci ildə geriyə  dönüb. Amma canına yağı dadanmış yurdu üçün narahat olub, əli  heç bir işə yatmayıb. Odur ki, yenidən hərbi hissəyə qayıtmaq, yağıdan alacağı öcə görə  döyüşçü olmaq istəyib.  2017-ci ildə ordu sıralarında üç il xidmət edərək kiçik çavuş rütbəsi alıb, döyüş bölgəsinə yollanıb.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi  başlayanda xalqımızın 30 ilə yaxın  qəlbində yaşatdığı Qarabağ həsrəti böyük bir mübarizəyə çevrilib.

Qeyrətli oğulların cərgəsində  Rahil də manqa komandiri kimi Vətənin haqq davasına qoşulub. Yağıya birinci sarsıdıcı zərbəni Füzulidə vurub. Daha sonra Cəbrayıl döyüşlərində misilsiz şücaət göstərib.  Ağır sınaqlardan keçə-keçə Şuşaya doğru üz tutub. Qarşıda təhlükəli yollar, sərt döyüşlər, mərmi səsləri, tüstüyə bürünən səngərlər və hər an ölüm təhlükəsi ürəyindən Vətən sevgisini çıxarda bilməyib. Kiçik  çavuş  snayper atəşi ilə erməni dığalarını qıra-qıra  müharibənin sonuna qədər  savaşdan qalmayıb.  Ağır döyüş tapşırıqlarını yerinə yetirməklə bərabər, həm də yaralıların müharibə meydanından təxliyəsində  xüsusi cəsarət göstərib.

Zəfərimizdən 17 gün sonra, qəni  noyabrın 25-də düşmən güləsi onun  ömrünü yarımçıq qoyub. Qaldı ki,   uğrunda mübarizə apardığı amal  Rahilə  xalqımızın yaddaşında əbədi yaşamaq haqqı qazandırıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü