Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 346,8 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 5,2% azalma deməkdir.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 4 212,1 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (4,9% azalma).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı - 3 708,2 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-fevral göstəricisindən 5,9% azdır.
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külək stansiyaları 141,6 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 41,6 dəfə artım deməkdir.