19 mart 2026 11:04
176

Səfir: Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Səfir Azərbaycan xalqına əmin-amanlıq, ruzi-bərəkət və rifah arzulayıb.

Diplomat deyib: “Novruz bayramı türk xalqlarının davamlı şəkildə qeyd etdikləri baharın, yenidən doğuluşun və yeni başlanğıcların rəmzidir. Təbiət qış aylarında sanki yuxuya qərq olur, baharın gəlişi ilə isə yenidən canlanır. İnsanlar bu bayramın gətirdiyi sevinc hissi ilə təamlar hazırlayır, bir-birinə qonaq gedir və sevinclərini bölüşürlər. Bu, əslində Uca Yaradana ünvanlanan bir şükranlıq günüdür. Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını diləyirəm”.