Vətəndaş qəbulu zamanı sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.
“İki sahil” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, ehtiyacları olan dəstək və qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.
Qəbul zamanı həmçinin sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib. Qeyd olunub ki, biznesin qurulması və inkişafına dair müraciətlər üzrə zəruri dəstəyin göstərilməsi üçün tədbirlər görüləcək. Sahibkarların araşdırma tələb edən müraciətlərinin həlli üzrə isə Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq qurumlarla birgə tədbirlər görüləcəkdir.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb