Ötən il Azərbaycan 145,3 milyon ABŞ dolları dəyərində 20 min 130 ton kərə yağı idxal edib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 4 % çox, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 51 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 8 min 616 ton (-40 %), Yeni Zelandiyadan 34 milyon ABŞ dolları dəyərində (-4 %) 4 min 269 ton (-20 %), Səudiyyə Ərəbistanından 14,5 milyon ABŞ dolları dəyərində 1 min 635 ton (1 il əvvəl tədarük olmayıb), Belarusdan 11,45 milyon ABŞ dolları dəyərində (+49 %) 1 min 452 ton (+30 %), Ukraynadan 10,25 milyon ABŞ dolları dəyərində (+68 %) 1 min 389 ton (+58 %) kərə yağı alıb.
Azərbaycan 9 il 2 aylıq fasilənin ardından Uruqvaydan tədarükü (180 min ABŞ dolları dəyərində 25 ton) bərpa edib.
Cəlilabadda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
ASAN Süni İntellekt platforması vasitəsilə ABAD-da xidmətlərin EFFEKTİVLİYİ VƏ OPERATİVLİYİ TƏKMİLLƏŞDİRİLƏCƏK - ÖZƏL
Mikro sahibkarlar vergi və mühasibat uçotu sahəsində təcrübə çatışmazlığı ilə qarşılaşır - Vüsal Arzumanlı