İran hakimiyyəti Kiyevi Yaxın Şərqdə artan münaqişədə İsraili dəstəklədiyinə görə ciddi nəticələrlə hədələyib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın The Daily Express qəzeti məlumat yayıb.
Qəzet xəbər verir ki, İran Ukraynaya dəhşətli xəbərdarlıq edərək, onu zərbələr üçün qanuni hədəf elan edib.
14 martda İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi bütün Ukraynanın İran hücumları üçün qanuni hədəfə çevrildiyini bildirib.
Daha əvvəl Vladimir Zelenski Ukrayna mütəxəssislərinin Körfəz ölkələrinə İran dronları ilə mübarizədə kömək etmək üçün Yaxın Şərqə yola düşəcəyini açıqlayıb.