16 mart 2026 12:08
109

Tusk Polşanın Avropa İttifaqından çıxması təhlükəsi barədə xəbərdarlıq edib

Polşanın baş naziri Donald Tusk ölkənin Avropa İttifaqından çıxması təhlükəsi ilə üzləşə biləcəyini bildirib. Onun sözlərinə görə, Polşa Böyük Britaniyada baş verən Brexit-ə bənzər ssenari ilə qarşılaşa bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Tusk hesab edir ki, ölkəni bu istiqamətə müxalifətdə olan mühafizəkar PiS partiyası sürükləyir.

Baş nazir sosial şəbəkə hesabında yazıb ki, “Poleksit” (Polşanın Aİ-dən çıxması) artıq real təhlükəyə çevrilib. Onun sözlərinə görə, ifrat sağçı alyansın hər iki fraksiyası və PiS partiyasının üzvlərinin əksəriyyəti belə bir ssenarini dəstəkləyir.

Tusk bildirib ki, Polşa prezidenti Karol Navrocki onların himayədarıdır.

“Polşa üçün bu, fəlakət olar. Mən bunun qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”, - deyə Tusk bildirib.