16 mart 2026 10:39
106

"Axios": Tramp İranın Harq adasını ələ keçirməyi düşünür

ABŞ prezidenti Donald Trump İranın əsas neft terminalının yerləşdiyi Harq adasını ələ keçirmə imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadla "Axios" məlumat yayıb.

Belə bir əməliyyat üçün ABŞ ordusunun quru qoşunlarının cəlb edilməsi tələb oluna bilər.

Ağ Evin yüksək vəzifəli nümayəndəsi nəşrə bildirib ki, ada ilə bağlı hələ yekun qərar verilməyib. Əgər Hörmüz boğazının blokadasını aradan qaldırmaq əməliyyatı uzansa, vəziyyət dəyişə bilər. Mənbənin sözlərinə görə, prezident İranın münaqişənin tempini diktə etməsinə imkan verərək gözləmək niyyətində deyil.

"Axios"un başqa bir həmsöhbəti qeyd edib ki, Donald Trampı Harq adasının tam şəkildə ələ keçirilməsi ideyası cəlb edir. Çünki bu addım “rejim üçün iqtisadi nokaut” ola və faktiki olaraq Tehranın gəlirlərinin böyük hissəsini kəsə bilər. İranın neft ixracının təxminən 90%-i məhz bu terminaldan keçir.