15 mart 2026 19:57
90

MPL: “Neftçi” “Qəbələ”dən 3 xalla qayıdır

Misli Premyer Liqasının 24-cü turunda "Qəbələ" "Neftçi"ni qəbul edib.

İki sahil” yazır ki, saat 18:00-da başlayan yarışın 19-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən “Qəbələ”nin butbolçusu Seydina Keyta hesabı açsa da 22-ci dəqiqədə Bassala Sambu “Neftçi”nin bərabərlik qolunu vurub.

69-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov bakılıları hesabda önə çıxarıb. 77-ci dəqiqədə isə Murad Məmmədov oyunda son qolu vuraraq “Neftçi”nin 1-3 hesablı qələbəsini təmin edib.

Misli Premyer Liqası,

24-cü tur

15 mart (bazar)

18:00. “Qəbələ” 1–3 “Neftçi”

Qol: Seydina Keyta, 19-pen. (1-0), Bassala Sambu, 22 (1-1), Emin Mahmudov, 69-pen. (1-2), Murad Məmmədov, 77 (1-3)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

VAR: Kamal Umudlu

AVAR: Teymur Teymurov

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”