15 mart 2026 16:52
113

ABŞ-da bəzi telekanallar bağlana bilər

ABŞ-ın Federal Rabitə Komissiyasının (FRK) sədri Brendan Karr bildirib ki, xəbərləri təhrif edən, hadisələrin çaşdırıcı şəkildə yayan aparıcı xəbər kanallarının tezlik spektrindən istifadə lisenziyaları ləğv edilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Brendan Karr sosial şəbəkələrdə yazıb.

"Feyk xəbərləri işıqlandıran yayımçıların lisenziyalarının müddəti bitməmiş vəziyyəti düzəltmək üçün şansı var. Qanun aydındır. Yayımçılar ictimai maraqlar naminə fəaliyyət göstərməlidirlər və əgər bunu etməsələr, öz lisenziyalarını itirəcəklər", - o bildirib.

Karr nümunə kimi Trampın "Truth Social" saytındakı paylaşımından sitat gətirib. Həmin paylaşımda Tramp İrandakı hadisələrin çaşdırıcı şəkildə işıqlandırılmasından şikayətlənib.

"Növbəti dəfə feyk media Səudiyyə Ərəbistanının hava limanında vurulan və daha heç kimə lazım olmayan beş yanacaqdolduran təyyarə haqqında başlıqla qəsdən çaşqınlıq yaradır", - Tramp yazıb.