15 mart 2026 16:30
110

BƏƏ-nin Fuceyra limanı fəaliyyətini bərpa edib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən gün PUA hücumuna məruz qalmış Fuceyra limanının fəaliyyəti bərpa olunub.

“İki sahil” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, regionda neft ixracının mühüm mərkəzlərindən biri olan Fuceyra limanında neft yüklənməsi əməliyyatları şənbə günü hücum nəticəsində yaranmış yanğın səbəbindən dayandırılmışdı.

Qeyd olunur ki, BƏƏ-nin müvafiq qurumlarının çevik müdaxiləsi nəticəsində liman fəaliyyətini qısa müddət ərzində bərpa edib.