15 mart 2026 16:16
105

Moskvada iki tramvay toqquşdu: 20-dən çox xəsarət alan var

Rusiyanın paytaxtı Moskvada iki tramvayın toqquşması nəticəsində beşi uşaq olmaqla 22 nəfər xəsarət alıb, onlardan 11-nin vəziyyəti ağır olaraq qiymətlindirilir.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın Dövlət Yol Polisi İdarəsindən bildiriblər.