15 mart 2026 14:21
90

Qazaxıstanda referendum baş tutmuş hesab olunub

Astana vaxtı ilə saat 14:00-a qədər 6 471 378 Qazaxıstan vətəndaşı bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilən şəxslərin 51,98 faizini təşkil edir.

“İki sahil” Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının məlumatına istinadla xəbər verir ki, qanunvericiliyə uyğun olaraq, səsvermədə seçki hüququ olan vətəndaşların yarısından çoxu iştirak edirsə, referendum baş tutmuş hesab olunur.

Beləliklə, Qazaxıstanın yeni Konstitusiyası üzrə referendum baş tutmuş hesab olunub.