15 mart 2026 09:49
115

Qazaxıstanda referendumda iştirak 19,21 faiz təşkil edib

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 10:00-a 19,21 faiz və ya 2 milyon 393 min 844 nəfər təşkil edib.

“İki sahil” xəbər verir ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək.

Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.