15 mart 2026 01:59
102

İsveçrə İranla müharibəyə görə ABŞ kəşfiyyat təyyarələrinin ərazisindən uçuşuna icazə verməyib

İsveçrə Federal Şurası ABŞ-nin İrandakı müharibə ilə əlaqədar ölkə üzərindən iki kəşfiyyat təyyarəsinin uçuşu tələbini rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, qərar neytrallıq prinsipinə əsasən verilib. ABŞ təyyarələrinin uçuşları martın 15-ə planlaşdırılıb.

Eyni zamanda, İsveçrə bir texniki uçuş və nəqliyyat təyyarələrinin uçuşları üçün iki tələbi təsdiqləyib.

Hökumət xatırladıb ki, ABŞ, İsrail və İran arasında Yaxın Şərqdə 28 fevral 2026-cı ildən bəri intensiv döyüş əməliyyatları davam edir, neytrallıq prinsipi bu dövlətlərə də şamil olunur.