14 mart 2026 22:50
106

Qara dənizdə baş verən insident Qazaxıstan neftinə təsir etməyib

Hadisə baş verən zaman Maran Homer tankerinin göyərtəsində Qazaxıstan nefti olmayıb.

“İki sahil” Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkənin ixrac xam neftində heç bir itkiyə yol verilməyib.

Xatırladaq ki, medianın məlumatına görə, Yunanıstanın Maran Homer tankeri Qara dənizdə naməlum obyektin hücumu nəticəsində zədələnib.