14 mart 2026 22:27
94

İran XİN-dən Müctəba Xamenei ilə bağlı AÇIQLAMA

"İranın yeni Ali Lideri Müctəba Xamenei vəzifəsini icra edir və onunla bağlı heç bir problem yoxdur".

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "MS Now" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda hamı yeni ali liderin fəaliyyətini görəcək.

O bildirib ki, Müctəba Xamenei artıq konstitusiyaya uyğun olaraq öz vəzifəsini icra edir və bu işi davam etdirəcək.