İsrailin Livana endirdiyi zərbələr nəticəsində həlak olan tibb işçilərinin sayı 26-ya çatıb, 50-dən çoxu isə yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 2-dən bu günədək həlak olan tibb işçilərinin ümumi sayı 26-ya çatıb, 51 nəfər isə yaralanıb", - bəyanatda deyilir.
Cümə günündən şənbə gününə keçən gecə İsrailin Livanın cənubundakı tibb mərkəzinə endirdiyi zərbə nəticəsində 12 tibb işçisi həlak olub.