Hazırda Fars körfəzində 22 Hindistan gəmisi var.
“İki sahil” Hindistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin nümayəndəsi Raceş Kumar Sinxa brifinqdə bildirib.
"Fars körfəzində, Hörmüz boğazından qərbdə Hindistan bayrağı altında üzən 24 gəmidən ikisi - "Şivalik" və "Nanda Devi" qaz tankerləri səhər saatlarında Hörmüz boğazından keçərək hazırda Hindistana doğru istiqamət alıb", - o qeyd edib.
Nümayəndənin sözlərinə görə, bu gəmilər təxminən 92,7 min ton maye qaz daşıyır; onların Mundra və Kandla təyinat limanlarına müvafiq olaraq 16 və 17 mart tarixlərində çatacağı gözlənilir.
"Beləliklə, Fars körfəzində Hindistan bayrağı altında üzən 22 gəmi qalıb. Onların göyərtəsində ümumilikdə 611 dənizçi var", - o bildirib və Fars körfəzi bölgəsindəki bütün Hindistan dənizçiləri üçün təhlükənin olmadığnı deyib.
Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir
İran Xarq adasına hücuma cavab olaraq BƏƏ limanlarına zərbələr endirməyə hazırlaşır