Hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir. 2025-ci ildə qeyri-neft ÜDM-in 13 faizi bu sahələrin hesabına formalaşıb.
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta Dəhliz strategiyasının real prosesə çevrildiyini göstərir.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib