13 mart 2026 10:40
105

Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

Orta Dəhliz yalnız ticarət üçün deyil, həm də qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daha vacib məqam ondan ibarətdir ki, bu, həmçinin regionun iqtisadi, ticarət və investisiya inteqrasiyası üçün səmərəli bir vasitə kimi tətbiq olunur.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü təşkil olunan “Çin və qlobal idarəetmə təşəbbüsü” mövzusunda panel iclas zamanı söyləyib.

"Biz müvafiq alətlərdən istifadə etməklə regionda iqtisadi ticarət dövriyyəsini daha da artırmalıyıq. Müşahidə edirik ki, regionda cərəyan edən hadisələr beynəlxalq transformativ mərhələdədir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi yeni formalaşan qaydalar çərçivəsində kifayət qədər əlverişlidir", - deyə nazir vurğulayıb.