13 mart 2026 10:28
94

Ağstafada Daxili Qoşunların yaranmasının 34-cü ildönümü qeyd olunub

Dövlətimiz və dövlətçiliyimizin, ictimai asayişin qorunmasında, eləcə də ölkəmizin azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda şərəflə, ləyaqətlə mübarizə aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 34 il ötür.

“İki sahil” xəbər verir ki, bu münasibətlə Daxili Qoşunların Ağstafa rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində də xüsusi tədbir təşkil olunub. Əlamətdar gündə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri iştirak ediblər. Hərbi xidmətlərində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçular təltif olunublar. 

Qeyd olunub ki, 1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşə başlandığı gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib. Ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.