12 mart 2026 18:00
106

Rusiya XİN-dən Almaniya ilə bağlı XƏBƏRDARLIQ

Rusiya Xarici İşlər Nazirliyi rusiyalılara Almaniyaya yalnız zəruri hallarda səfər etmələrini tövsiyə edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə XİN rəsmisi Mariya Zaxarova bildirib. 

O, bunu Almaniya hakimiyyətinin Rusiya vətəndaşlarına münasibəti ilə izah edib. “Biz yenidən Almaniyaya yalnız zəruri hallarda səfər etməməyi tövsiyə edirik”, — deyə, o, qeyd edib. 

Onun sözlərinə görə, hazırkı Almaniya hakimiyyəti əksər Rusiya vətəndaşlarını ölkədə şübhəli hesab etməyə davam edir.