Polşa və Litva Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrinin yoxlanışı fonunda kəşfiyyat təyyarələrini havaya qaldırıb.
“İki sahil” BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç açıqlama verib.
Volfoviç təlimlərin qonşu dövlətlərə qarşı yönəlmədiyini və təlim missiyalarının sərhəddən uzaqda, əsasən ölkənin şərq bölgələrində keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, qonşu ölkələr arasında narahatlığa heç bir səbəb yoxdur.