12 mart 2026 15:49
132

BMT: Yaxın Şərqdəki vəziyyətə görə logistika xərcləri artıb

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardımın daşınması və çatdırılması xərcləri Yaxın Şərqdəki gərginlik fonunda təxminən 18% artıb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

"Fars körfəzində artan qeyri-sabitlik qlobal gəmiçilik və təchizat marşrutlarını pozur və nəqliyyat xərclərinin, yanacaq qiymətlərinin və ərzaq qiymətlərinin artmasına səbəb olur. Ümumdünya Ərzaq Proqramının xərcləri təxminən 18% artıb. Bu domino effekti Yaxın Şərqdə və ondan kənarda milyonlarla insan üçün aclığa səbəb olur", - məlumatda deyilir.