Qlobal neft tələbi bu il gündə 644 min barel artacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.
Fevral ayında agentlik 2026-cı ildə tələbatın gündəlik 849 min barel artacağını proqnozlaşdırıb. Bu, gündəlik 205 min barel azalma deməkdir.
Bundan əlavə, IEA Yaxın Şərqdəki münaqişə səbəbindən mart və aprel ayları üçün qlobal neft tələbatı proqnozunu gündəlik 1 milyon barel azaldıb.
Qurum əlavə edib ki, Yaxın Şərqdəki vəziyyətə görə neft qiymətlərinin uzun müddət yüksək qalması neft tələbatını müəyyən edən iqtisadi artıma təsir göstərəcək.
MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Aerokosmik sistemlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün data əsaslı süni intellekt texnologiyaları böyük perspektivlər açır