Yevlax rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə rayonun Qaraçılar məhəlləsində qeydə alınıb. Məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlı valideyn nəzarətindən kənarda qaldığı zaman yaxınlıqdan keçən su arxına düşüb və boğulub.
Ailə üzvləri hadisədən xəbər tutaraq uşağı sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Trend
Azərbaycan Çexiya üçün Mərkəzi Asiyaya etibarlı çıxış qapısıdır - Elçin Əmirbəyov
Yeni Azərbaycan Partiyasının üzvləri üçün Çin dili kursunun açılış mərasimi keçirilib - FOTO