11 mart 2026 16:21
113

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Qəbul zamanı vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.