11 mart 2026 19:58
126

Rusiyanın itkiləri açıqlandı - 1477-ci gün

Ukrayna müharibənin 1477-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 275 980 hərbçi, 11 763 ədəd tank, 24 177 ədəd zirehli döyüş maşını, 38 263 ədəd artilleriya sistemi, 1 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 328 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 349 ədəd helikopter, 82 791 ədəd avtomobil texnikası, 170 966 ədəd PUA, 4 403 qanadlı raket, 31 gəmi/kater, 2 sualtı qayıq, 4 088 xüsusi avadanlıq itirib.