Azərbaycan və Çinin "iSoftStone" şirkəti arasında rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr nazirin "iSoftStone"un icraçı vitse-prezidenti Li Huanq ilə görüşündə baş tutub.
Onun sözlərinə görə, tərəflər həmçinin texnologiya transferi, eləcə də Azərbaycanda kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
"Azneft" “Neft sektoru üzrə vergi rekordçusu” nominasiyası üzrə mükafatlandırılıb
İİTKM-in “İslam ölkələrinin iqtisadi potensialı” kitabının ikinci cildi “Emerald” nəşriyyatında çap edilib