11 mart 2026 13:04
102

İspaniya Avropada nüvə potensialının gücləndirilməsinə qarşı çıxıb

İspaniya Avropada nüvə silahlarının gücləndirilməsi təşəbbüsünə qoşulmaq niyyətində olmadığını açıqlayıb. Ölkə rəhbərliyi qitədə nüvə hərbiləşməsinin daha da artmasını istəmədiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sanchez "elDiario.es" nəşrinə müsahibəsində belə deyib.

“Biz daha çox nüvə silahı olan dünya istəmirik, nüvə Avropası da istəmirik. Buna görə də bu layihədə iştirak etməyəcəyik.”- deyə, o, qeyd edib.

Baş nazirin sözlərinə görə, İspaniya Avropada nüvə arsenalının artırılmasını dəstəkləməyəcək və belə təşəbbüslərə qoşulmaqdan imtina edir.