11 mart 2026 12:13
106

Milli Məclisin deputatı  Səbinə Xasayeva Lökbatanda seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində  Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının  inzibati binasında seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY)  almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı  çərçivəsində  təşkil edilən  peşə kurslarına cəlb edilmələrinə, yaşadıqları ərazidə xeyir-şər evinin tikintisinin başa çatdırılmasına, abad həyət yaradılması işlərinin davam etdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə, su və kanalizasiya problemlərinin aradan qaldırılmasına, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım göstərilməsinə və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Seçicilərin müraciətləri qeydə alınıb, aidiyyəti  qurumlara  göndərilməsi üçün  nəzarətə götürülüb.