Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
“İki sahil” xəbər verir ki, ümumi çəkisi 1023 ton olan taxıl yüklü 11 vaqon Ermənistan Respublikasına göndərilib.
Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
Yanvar-aprel aylarında paytaxtda 16.6 milyard manatlıq məhsul istehsal edilib və xidmət göstərilib
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib