11 mart 2026 10:56
114

ABŞ İrana qarşı əməliyyatlara gündə 900 milyon dollar xərcləyir

ABŞ İrana qarşı hərbi əməliyyatlarına gündəlik 900 milyon dollar xərcləyir.

“İki sahil” xəbər verir ki, bu barədə senator Con Tun bildirib.

"Bu, əhəmiyyətli bir rəqəmdir, amma inanıram ki, yaxşı vəziyyətdəyik. Məqsədlərimizə çatırıq. Bu, yerinə yetirilməli olan vacib bir missiyadır və ümid edirəm ki, tezliklə başa çatacaq", - deyə o qeyd edib.

Əlavə edək ki, Pentaqon ABŞ-nin İrana ilkin hücumlarında sursata 5,6 milyard dollar xərcləndiyini açıqlayıb.