İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Missiyanın məlumatına görə, hadisə martın 8-i səhər saatlarında diplomatların müvəqqəti qaldığı hoteldə baş verib.
İran tərəfi vurğulayıb ki, diplomatlar Livan ərazisində öz dövlətlərinin rəsmi nümayəndələri kimi xidmətdə olublar.
Kiyev və Kopenhagen Danimarkada dron istehsalı üzrə birgə müəssisə yaradacaqlar