11 mart 2026 00:07
111

Rusiyanın itkiləri açıqlandı - 1476-cı gün

Ukrayna müharibənin 1476-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 274 990 hərbçi, 11 758 ədəd tank, 24 174 ədəd zirehli döyüş maşını, 38 202 ədəd artilleriya sistemi, 1 679 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 328 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 349 ədəd helikopter, 82 510 ədəd avtomobil texnikası, 168 809 ədəd PUA, 4 403 qanadlı raket, 31 gəmi/kater, 2 sualtı qayıq, 4 087 xüsusi avadanlıq itirib.