Moskva və Sankt-Peterburqda mobil rabitə xidməti və internet kəsilib
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Sankt-Peterburq şəhərlərində mobil rabitə və internetin kəsilməsi ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bu tədbirlər əsasən təhlükəsizliyin təmin edilməsi zərurəti ilə bağlıdır:
“Bütün bunlar, yəqin ki, əsasən təhlükəsizliyin təmin edilməsi üçün edilir”, - deyə Peskov bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, bəzi Moskva rayonlarının sakinləri mobil rabitə və internetin işləməməsi ilə bağlı şikayətlər ediblər.
Kiyev və Kopenhagen Danimarkada dron istehsalı üzrə birgə müəssisə yaradacaqlar