10 mart 2026 11:45
108

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 74 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər həyata keçirilən tədbirlər çərçivəsində 74 xarici vətəndaşı ölkədən deportasiya edib.

“İki sahil” xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar digər müvafiq bölmələrlə koordinasiyalı şəkildə həyata keçirilib.

Kompleks tədbirlər nəticəsində Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyə vətəndaşları olmaqla ümumilikdə 74 nəfər Gürcüstan ərazisindən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən daxil olmasına qadağa qoyulub.