10 mart 2026 10:34
100

ABŞ İranla münaqişənin ilk iki günündə sursatlara 5,6 MİLYARD DOLLAR XƏRCLƏYİB

ABŞ Silahlı Qüvvələri Iran ilə münaqişənin ilk iki günü ərzində sursatlara təxminən 5,6 milyard dollar xərcləyib.

“İki sahil” xəbər verir ki,  Bu barədə The Washington Post qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, bu rəqəm ABŞ-da hərbi ehtiyatların vəziyyəti ilə bağlı narahatlıqları daha da artıra bilər. Xüsusilə də ABŞ Konqresinin üzvləri arasında ölkənin müasir silah və sursat ehtiyatlarının kifayət qədər olub-olmaması barədə suallar yenidən gündəmə gəlib.

Məqalədə qeyd olunur ki, belə böyük həcmdə sursatın qısa müddətdə istifadə olunması ABŞ ordusunun mövcud ehtiyatları və hərbi sənaye kompleksinin istehsal imkanları ilə bağlı müzakirələri gücləndirə bilər.

Bundan əvvəl ABŞ administrasiyasının rəhbəri Donald Trump bildirmişdi ki, İranla aparılan hərbi əməliyyat bir neçə həftədən daha uzun davam edə bilər. Onun sözlərinə görə, ABŞ lazım gələrsə uzun müddət müharibə aparmaq imkanına malikdir.